Hindistanın Azərbaycan Respublikasındakı səfirliyi Azərbaycanlılara, Azərbaycanda yaşayan və daşınma üçün, turist, biznes və digər məqsədlərlə Hindistana getmək istəyən Gürcüstan vətəndaşlarına və digər millətlərin nümayəndələrinə vizalar təqdim edir.
Vizanın alınması üçün ərizə Səfirliyin Konsul bölməsinə (Bayram günlərindən başqa bütün iş günləri saat 09.30-dan saat 12.30-dək açıqdır) təqdim olunmalıdır. Bütün tələblər yerinə yetirildikdən sonra müvafiq pasportlar göstərilən müddətdə saat 15.30-dan 17.00-dək yığıla bilər. Viza xidmətlərinə görə ödəmə Səfirlikdə nağd pulla və AZN-lə aparılır. [Viza xidmətlərinə görə qiymətlər siyahısı].
Verilən vizalar əsasən Turist, Biznes, Tələbə, Əmək, həmçinin Giriş vizalarıdır. Əgər Siz Hindistana kino və ya sənədli filmin çəkilişinə, konfransa, tədqiqat işləri aparmağa, alpinizm və s. məqsədlərlə getmək istəsəniz daha ətraflı məlumat üçün Siz Hindistanın Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət edə bilərsiniz.
Vizanın alınması üçün ərizə blankı eynidir, lakin bəzi hallarda doldurulma üçün əlavə formalar tələb oluna bilər.
Ərizə blankını Siz bu saytdan yükləyə bilərsiniz və ya Səfirliyin Konsul kontorundan ala bilərsiniz. Əlavə məlumat üçün Bizə zəng edin və ya elektron məktub yazın. (Bizimlə əlaqə).
Vizanın alınması üçün ümumi tələblər
Vizanın alınması üçün məlumatlar
Vizanın alınması üçün hər bir ərizəyə fərdi olaraq baxılır və vizanın verilməsinə tələb olunan vaxt konkret haldan asılıdır.
Vizaların növü
TURIST VIZASI
Hindistana getmək istəyən turistlərə verilən gündən qüvvədə olan qısa müddətli vizalar verilir. Turist vizaları uzadılmır və konversiya edilmir. Vizaya görə ödəmə 40 AZN təşkil edir. [Viza xidmətlərinə görə qiymətlər siyahısı].
BİZNES VİZA
Biznes viza ədatən tələb edilmiş müddətə yaxud üç və ya altı ay müddətinə verilir. Bununla belə, təkrar vizalar iki il müddətinə etibarlı sayılır və Hindistana hökumət tərəfindən təsdiq edilmiş ikitərəfli müqavilələrin imzalanması və layihələrin işlənməsi üçün gedən mütəxəssislərə verilir. Vizaya görə ödəmə 80/120/200 AZN təşkil edir - 6 aya qədər/bir ilə qədər/bir ildən artıq müddətə etibarlıdır. Azərbaycan şirkətindən şirkət haqqında, Hind şirkəti ilə əməkdaşlıq haqqında məlumat verən məktubun və Hind şirkətindən gələn dəvət məktubun (faks/elektron məktub) təqdim edilməsi tələb olunur. Hind şirkətindən gələn dəvət məktubu faksla/elektron ünvanla Hindistanın səfirliyinə göndərilməlidir.
TƏLƏBƏ VİZASI
Tələbə vizasının alınması üçün Hindistanın təhsil müəssisəsindən kursun davamiyyəti göstərilməklə təsdiq məktubu tələb olunur. Tələbə vizaları bir il müddətinə etibarlıdır [Təhsil imkanları istinad]. Vizaya görə ödəmə 75 AZN təşkil edir. Bundan əlavə namizəd valideyndən pasport/şəxsiyyət vəsiqəsi ilə maliyyə zaminliyi məktubu təqdim etməlidir. Səfirlik nümayəndənin maliyyə vəziyyətini təsdiq edən digər sənəd də tələb edə bilər.
TRANZİT VİZASI
Tranzit vizası verildiyi gündən 15 gün ərzində etibarlıdır və yola düşməzdən öncə alınmalıdır. Tranzit vizası Hindistanın giriş portlarında mühacirət kontorlarında alına bilməz. Hindistanın sərhədlərindən kənara gedəcəyiniz haqqında şəhadətnamə lazımdır. Təyinat ölkəsinə viza Tranzit vizasının alınmasından qabaq alınmalıdır. Təyinat ölkəsinə təsdiqlənmiş bilet həmçinin Tranzit vizası üçün verilməlidir. Vizaya görə ödəmə 20 AZN təşkil edir (Birdəfəli/İkidəfəli giriş), bu viza verildiyi gündən 15 gün ərzində etibarlıdır [bu viza yalnız digər ölkəyə getdikdə reyslərin dəyişdirilməsi üçün verilir]. Hindistanın giriş portundan gələcək təyinatı təsdiqləyən Şəhadətnamə tələb olunur.
Dənizçilərə Tranzit vizası Hindistanda gəmilərinə qoşulmaq üçün verilir və bu onların əmək kitabçalarında qeyd olunur. Dənizçilərin xarici pasportları olmalıdır.
ƏMƏK VİZASI
Əmək vizası Hindistanda işə götürənlə əmək müqaviləsi imzalandıqdan sonra verilir. İşə götürən işin bütün şərtlərini, müqavilənin müddətini, əmək haqqını, yaşayış yerini, tibbi yoxlamanın nəticələrini, verginin ümumi dəyərini və s. qeyd etməlidir. Ödəmə vizanın müddətindən asılıdır - 80/120/200 AZN - viza 6 aya qədər/bir ilə qədər/bir ildən artıq maksimum 5 il müddətinə etibarlıdır.
JURNALİST VİZASI
Təyin edilmiş Jurnalist təşkilatların və qəzetlərin jurnalistləri Hindistana jurnalist vizası ilə gedə bilərlər. Onların ərizəsi ilə yanaşı iş yerindən tapşırığın təfsilatları qeyd olunmuş məktub təqdim olunmalıdır. Adətən jurnalist vizası Hindistanın müvəkkil orqanların icazəsindən sonra verilir və bir neçə həftə vaxt apara bilər.
Sənədli filmlərin çəkilişlərində və ya hadisələri işıqlandırmaq üçün turlarda və s. iştirak edən jurnalistlər əlavə blankları doldurmalıdırlar və sənədli filmin, ssenarinin təfsilatlarını və aparılacaq avadanlığın siyahısını qeyd etməlidirlər.
GİRİŞ VİZASI
Giriş vizaları Hindistan vətəndaşlarına beş ildən artıq müddətə verilir. Giriş vizaları vizitin məqsədindən asılı olaraq alına bilər.
KONFERENS-VİZA
Konfrans təşkilatçısından dəvət məktubu ilə yanaşı İşə götürənin sponsorluq haqqında məktubu da təqdim edilməlidir. Vizaya görə ödəmə Biznes vizanın qiyməti ilə uyğundur.
Nəzərinizə çatdırırıq ki, uzun müddətli vizası olan insanlar (altı aydan çox müddətə etibarlı olan vizalar) adətən Hindistanda hər vizit zamanı altı aydan çox qalmamalıdırlar. Xarici Vətəndaşların Hindistanda Qeydiyyatı Ofisində/Xarici Vətəndaşların Qeydiyyatının Regional Ofisində Qeydiyyat üçün tələblər bölməsinə baxa bilərsiniz.
Xarici Vətəndaşların Qeydiyyatı Ofisində/Xarici Vətəndaşların Qeydiyyatının Regional Ofisində Qeyd edilmə.
Qeydiyyat Ofisi (XVQO)
Çoxdəfəli X-vizaları olan Hind əsilli insanlar qohumları ilə görüşə və ya ictimai məqsədlərlə Hindistana gedəndə ölkədə altı aydan çox müddətə qalsalar Xarici Vətəndaşların Qeydiyyatı Ofisində gələn gündən 14 gün ərzində qeydiyyatdan keçməlidirlər. Bu qeydiyyat vizanın verilməsindən sonra birinci vizit ərzində aparılmalıdır. 16 yaşına kimi uşaqlar bu qeydiyyatdan azad olunur. Hindistana gələn və altı aydan çox müddətə etibarlı olan digər viza kateqoriyası olan insanlar, Hind əsilli insanlar daxil olmaqla, 14 gün ərzində XVQO-da qeydiyyatdan keçməlidirlər.
* Daha ətraflı məlumat üçün www.immigrationindia.nic.in saytına daxil olun.
Vizanın yerdəyişməsi
Səfirlik tərəfindən vaxtı keçmiş pasportdan yeni pasporta verilən uzunmüddətli vizanın yerdəyişməsi üçün 5 AZN ödənilir. Ərizə forması ilə birlikdə yeni və vaxtı keçmiş pasportların əsli təqdim olunmalıdır.
DİGƏR MƏLUMATLAR
Hindistanın qadağan olunmuş/qorunan yerlərinə - Arunaçal Pradeş, Manipur, Mizoram, Naqaland, Sikkim, Ximaçal Pradeşin bir hissəsi, Cammu və Kaşmirin bir hissəsi, Racastanın bir hissəsi - getmək istəyən insanların xüsusi icazələri olmalıdır və onlar əlavə forma doldurmalıdırlar. Siz getmək istədiyiniz yerin qadağan olunmuş/qorunan yerlərin kateqoriyasına aid olduğunu öyrənmək istəsəniz Səfirliyin Konsul bölməsinə müraciət edə bilərsiniz.
VİZA XİDMƏTLƏRİNƏ GÖRƏ ÖDƏMƏ VƏ ƏLAVƏ XƏRCLƏR
Viza xidmətlərinə görə ödəmə geri qaytarılmır və xəbərdarlıq edilmədən dəyişdirilə bilər Hindistanın Azərbaycan Respublikasındakı səfirliyin viza verməyə və ərizənin verilməsi zamanı xərclənən ödəmələrdən asılı olmayaraq vizanın növünü/müddətini təyin etməyə hüququ var. Vizanın verilməsi Hindistana giriş hüququnu vermir və İmmiqrasiya orqanları tərəfindən baxılmalıdır.
| VISA FEE SCHEDULE * Viza Rüsumu Cədvəli * ТАБЛИЦА ВИЗОВЫХ РАСЦЕНОК
| |||||||
| № | Visa Details Viza Категорийасы Категория Визы | Fees Rüsum Плата (AZN) | |||||
| 1 | Transit Visa [15 days - Single / Double Entry] Tranzit Viza [15 günlük - tək / ikigirişli] Транзитная Виза [15 дней - однакратная / двукратная] |
20.00 | |||||
| 2 | Tourist visa valid for upto 6 months [Multiple Entry] 6 aya qədər Turist vizası [çoxgirişi] Шестимесячная Туристическая виза [многократная] |
40.00 | |||||
| 3 | Tourist visa valid for upto one year [Multiple Entry] Bir ilə qədər Turist vizası [çoxgirişi] Годовая Туристическая виза [многократная] |
65.00 | |||||
| 4 | Tourist visa valid for upto five year [Multiple Entry] Beş ilə qədər Turist vizası [çoxgirişi] Туристическая виза на пять лет[многократная] |
130.00 | |||||
| 5 | Tourist visa valid for upto 6 months [Multiple Entry] For Singapore nationals 6 aya qədər Turist vizası [çoxgirişi] Sinqapur vətəndaşları üçün Шестимесячная Туристическая виза [многократная] Для граждан Сингапура |
25.00 | |||||
| 6 | All categories of visa valid for upto 6 months [Multiple Entry] except tourist, transit and student visas 6 aylıq bütün kateqoriyalı vizalar [çoxgirişi] turist, tranzit, tələbə vizalarından başqa Шестимесячные визы всех категорий [многократная] кроме туристических, транзитных и студенческих виз |
80.00 | |||||
| 7 | All categories of visa valid for upto 1 year [Multiple Entry] except tourist, transit and student visas 1 illik bütün kateqoriyalı vizalar [çoxgirişi] turist, tranzit, tələbə vizalarından başqa Годовая виза всех категорий [многократная] кроме туристических, транзитных и студенческих виз |
120.00
| |||||
| 8 | All categories of visa valid for upto 5 years [Multiple Entry] except tourist, transit and student visas 5 illik bütün kateqoriyalı vizalar [çoxgirişi] turist, tranzit, tələbə vizalarından başqa Виза всех категорий на пять лет [многократная] кроме туристических, транзитных и студенческих виз |
200.00 | |||||
| 9 | a) Student Visa for self financing student [valid for duration of course or 5 years whichever is less] Öz hesabına təhsil alacaq şəxslər üçün Tələbə Vizası (adətən 5 illik və ya proqram müddətində verilir - şansı az olarsa) Студенченская виза для студентов учащихся за свой счет (обычно выдается на 5 и меньше лет) b) For students sponsored by the Government of India and Indian Council for Cultural Relations Hindistan Höküməti və Hindistan Mədəni Əlaqələr Şurası tərəfindən maliyyələşdirilən Şəxslərə tətbiq edilən Tələbə Vizası Студенченская виза для студентов, чье обучение спонсируется правительством Индии и Индийским Советом по Культурным Отношениям |
75.00
GRATIS | |||||
| 10 | Visa fee for the nationals of Sri Lanka Şri Lanka vətəndaşlarına tətbiq edilən viza rüsumu: Плата за визу для граждан Шри Ланки : (а)Transit Visa [15 days - Single/Double entry] - Tranzit Vizası (15 günlük - tək / ikigirişli) (b) Business Visa [single entry] valid for upto six months - Biznes Vizası (təkgirişli) 6 aylıq (c) Business Visa [multiple entry] valid for 6 months upto 1 year - Biznes Vizası (çoxgirişi) 6 aydan 1 ilə qədər (d) Business Visa [multiple entry] valid for upto 5 years - Biznes Vizası (çoxgirişi) 5 ilə qədər (e) Employment Visa [single entry] valid for upto 6 months - İş Vizası(təkgirişli) 6 aylıq (f)Employment Visa[multiple entry]valid for upto 6 months - İş Vizası(çoxgirişi) 6 aylıq (g)Employment Visa[multiple entry] valid for upto 1 year - İş Vizası(çoxgirişi) 1 illik (h)All other types of Visa including Tourist and Student Visa valid for upto six months / Turist və Tələbə Vizası da daxil olmaqla bütün növ Vizalar (6 aylıq) |
3.00 3.00
75.00 9.00 Çoxgirişi: | |||||
| 11 | Visa fee for Nationals Japan / Yaponiya vətəndaşları üçün Viza / Виза для граждан Японии (а) Tranzit Viza (15 günlük Tək/ Ikigirişli) (15 days Single / Double) (б) All types of Visas (Multiple) Bütün növ Vizalar (çoxgirişi) |
| |||||
| 12 | Visa fee for Nationals of Pakistan Pakistan vətəndaşları üçün Viza Для граждан Пакистана |
0.32
| |||||
| 13 | Nationals of Afghanistan, Argentina, Bangladesh, Jamaica, People's Democratic Republic of Korea, Maldives, Mauritius, South Africa , Uruguay and Mongolia (10 countries) Əfqanıstan, Argentina, Banqladeş, Yamayka, Korea Demokratik Xalq Respublikası, Maldiv adaları, MAvritaniya, Cənubi Afrika, Uruqvay və Monqolustan vətəndaşlarına Для граждан Афганистана, Аргентины, Бангладэша, Ямайки, Корейской Демократической Республики, Малдивских островов, Мавритании, Южной Африки ,Уругвая и Монголии |
GRATIS
| |||||
| 14 | Nationals of Nepal & Bhutan Nepal və Bhutan vətəndaşları Для граждан Nepalа и Бутан (б)Nationals of Nepal entering India from China - Hindistanа Çindən daxil olan Nepal vətəndaşları |
GRATIS
| |||||
| 15 | Additional visa fax charges for application from Foreign nationals resident in Azerbaijan (Not the citizens of Azerbaijan and Georgia) Azərbaycan Respublikasında yaşayan xarici vətəndaşlar üçün ərizə formasına görə əlavə viza faks rüsumu (Azərbaycan və Gürcüstan vətəndaşlarına aid deyil)
|
10.00
| |||||
| 16 | Application form fee from the Nationals of USA ABŞ vətəndaşlarından tutulan ərizə forması haqqı Плата за анкету от граждан США |
20.00
| |||||
| 17 | Service charges on all visa applications for nationals of Romania Rumıniya vətəndaşlarına tətbiq edilən xidmət rüsumu (bütün viza ərizə formalarına tətbiq olunur) Дополнительная плата за предоставленные услуги для граждан Румынии на всех анкетах |
7.00
| |||||
| 18 | Service charges on all visa applications for nationals of the Russian Federation Rusiya Federasiyası vətəndaşlarına tətbiq edilən xidmət rüsumu bütün viza ərizə formalarına tətbiq olunur Дополнительная плата за предоставленные услуги для граждан Российской Федерации на всех анкетах |
40.00
| |||||
| 19 | Service charges for transfer of Indian visa affixed on an old passport to a new one (not applicable for the countries mentioned in paras 12, 13 & 14) Köhnə pasporta vurulmuş Hindistan Vizasının yeni pasporta köçürülməsiüçün xidmət haqqı (12, 13, 14 paraqraflarda göstərilmiş olkələrə aid deyil) Плата за Перевод Индийской визы со старого pasporta на новый |
5.00
| |||||
| 20 | Additional fee for issuing restricted/protected area permit (not applicable for the countries mentioned in paras 12, 13 & 14) Qdağan olunmuş/ qorunan ərazilərə keçid icazəsi haqqı (12, 13, 14 paraqraflarda göstərilmiş olkələrə aid deyil) Дополнительная плата за пропуск на запретные / охраняемые участки |
30.00
| |||||
| 21. | Business and Employment visa fees applicable for nationals of some countries on reciprocal basis : Biznes və İş Vizası Rüsumu bəzi olkə vətəndaşlarıdan qarşılıqlı əsaslarla tutulur : | ||||||
| Sl.No. | COUNTRY / ÖLKƏ | BUSINESS VISA / BİZNES VİZAСI | EMPLOYMENT VISA / İŞ VİZAСЫ
| ||||
|
|
| upto 1 year [AZN] | upto 5 [AZN] | upto 6 months [AZN] | upto 1 [AZN] | upto 5 [AZN] | |
| 1. | USA | 140 | 220 | 100 | 140 | 220 | |
| 2. | Ecuador | 240 | 320 | 80 | 120 | 200 | |
| 3. | New Zealand | 130 | 210 | 145 | 185 | 265 | |
| 4. | Ukrain | 200 | 280 | 80 | 120 | 200 | |
| 5. | France | 165 | 245 | 135 | 175 | 255 | |
| 6. | Australia | 215 | 295 | 180 | 220 | 300 | |
| 7. | Czech Republic | 190 | 270 | 80 | 120 | 200 | |
| 8. | Iran | 275 | 355 | 235 | 275 | 355 | |
| 9. | Ireland | 200 | 280 | 160 | 200 | 280 | |
| 10. | Nigeria | 290 | 370 | 80 | 120 | 200 | |
| 11. | Philippines | 220 | 300 | 80 | 120 | 200 | |
| 12. | Poland | 145 | 225 | 80 | 120 | 200 | |
| 13. | Saudi Arabia | 215 | 295 | 80 | 120 | 200 | |
| 14. | U.K. | 155 | 235 | 425 | 465 | 545 | |
| 15. | Thailand | 200 | 280 | 160 | 200 | 280 | |
| 16. | U.A.E. | 415 | 495 | 375 | 415 | 495 | |
| 17. | Canada | 120 | 200 | 150 | 190 | 270 | |
| 18. | Italy | 120 | 200 | 105 | 145 | 225 | |
| 19. | Denmark | 120 | 200 | 125 | 165 | 245 | |
| 20. | Portugal | 120 | 200 | 90 | 130 | 210 | |
| 21. | Austria | 120 | 200 | 85 | 125 | 205 | |
| 22. | Norway | 120 | 200 | 90 | 130 | 210 | |
| 23. | Turkey | 120 | 200 | 100 | 140 | 220 | |
| 24. | Israel | 120 | 200 | 1000 | 1040 | 1120 | |
© Müəlliflik hüququ Hindistan Səfirliyinə aidir. Bütün haqqları qorunur | LiderMedia